Necə qəribə sözdür "da-rı-xı-ram"...
Mən
səninçün darıxıram...mən sənsiz darıxıram.Sənsiz,deməli sən yanımda
olmayanda-mənə tənhadır və soyuqdur.Səninçün-deməli,mənə sənin
səsin,gülüşün,təbəssümün,əllərinin toxunuşu lazımdır.Sənin
hərarətin,səmimiyyətin lazımdır.Ürəyinin döyüntüsünü hiss etmək və necə
rahat,təhlükəsiz,xoşbəxt olduğunu duymaq.
Mən səninçün darıxıram...
Ola bilərmi ki,sən olmasan hər şey mənasını itirsin,heç nəyin əhəmiyyəti olmasın?Sən demə ola bilərmiş...
Alnımı pəncərəyə söykəyirəm,pıçıldayıram,darıxıram.Şüşədə nəfəsimin izi qalır,onunla birlikdə sözlərim-darıxıram...səninçün...
Mən səninçün darıxıram...
O qədər güclüdür ki bu hiss mənə elə gəlir zaman dayanıb.Onu oyatmaq üçün qışqırmaq istəyirəm.
O
çox yavaş hərəkət edir,sürünür sanki.Mənə elə gəlir ki,səni gözləməklə
bir ömür yola vermişəm.Fikirlərimin dalğaları qayalara dəyərək gah
coşur,gah sakitləşərək pıçıltıya keçir.
Bu
səslərin içindən təkcə sənin adını seçə bilirəm.Sənin adını belə
mehribanlıqla və sakitliklə söyləyən dalğalarda itib batıram...Orda
əriyib yox olmaq istəyirəm.Sənin baxışlarında yox olmaq istəyirəm...
Səndə yox olmaq istəyirəm...
Mən səninçün darıxıram...
Əllərimi başımın arxasına qoyaraq ucsuz bucaqsız,sahilsiz göyləri seyr edirəm.Ah... bu səma!
O həmişə məni cəzb edib.Onun cazibəli sonsuzluğu qəlbimin dərinliyinə işləyir.
Bəs
qürub?Yağışdan sonra bu rəngarənglik ürəyimdə qəribə hisslər
yaradır.Buludlar bir-birinə qarışaraq,bir-birinə can ataraq qovuşur-mən
sənin mənə doğma,mənə əziz simanı görürəm.
Sən
kipriklərini qırpmadan gülümsəyirsən mənə.Hisslərim donur bu
baxışlardan,bu təbəssümdən.Əllərimi uzadıram,sanki sənə çatacaqmış
kimi...
Amma buludlar istehza edərək uzaqlaşır,xatirələrin anlaşılmaz kolgəsində məni tək qoyur...
Mən səninçün darıxıram...
O qədər darıxıram ki,səni bərk-bərk qucaqlamaq və saxlamaq istəyirəm.Belə anlarda insan əbədiyyətin nəfəsini hiss edir.
Onun gücü,qüdrəti sənin damarlarında axır.Səni saxlamaq istəyirəm,gücüm çatana qədər.
Əllərim
saxlayana qədər.Sevgi ilə əhatə edərək..yad gözlərdən qoruyaraq...Təkcə
mənim ürəyim səninlə birgə döyünəcək.Nəbzini hiss edərək...qəlbinin
döyüntüsünü hiss edərək.
Sən bunları sözsüz başa düşürsən.Bir toxunuşla...Bir baxışla...bir təbəssümlə...
Mən səninçün darıxıram...
Əllərindən
tutmaq...Ovuclarına bir parça sevgi qondurmaq.Əllərini əllərimdə hiss
etmək.Gözlərinə baxmaq və bu gözlərin dərinliyində qalmaq.Səmimiyyət
yağışında islanmaq.Heç nə soruşmadan,heç nə danışmadan.Sükutun
əsrarəngiz gözəlliyinə qarəşaraq səninlə həyatı bölüşmək və bunun necə
vacıb olduğunun fərqinə varmamaq.
Sevmək...sənin
xoşbəxtliyində öz şəxsi xoşbəxtliyini görə bilmək.Sevgi bir ruhdan
digərinə gedən yoldur axı.Sevginin qanadları olur,azadlığı olur...o hər
şeyə qadirdir və hər şeyə sahibdir.Bu sevginin qüdrətini hiss etmək...Səninlə!
Mən səninçün darıxıram...
Sən fikrindəki hissləri sözlərə çevirib sevginə yollayırsan.Darıxırsan!
Sən günəşin şüalarına sığınsan da isinmirsən.Qəmlənirsən!
Sən səmadan sevdiyinin kolgəsini düzəldirsən,hər baxan baxışlarda onu axtarırsan.Xatırlayırsan!
Mahnıların sözləri,şeirlərin sətirləri yalnız ona aiddir.Başqalarının fərqində deyilsən!
Kipriklərinlə yağış damcılarını tutursan,səma ilə bölüşürsən.Başa düşürsən!
Mən səninçün darıxıram...
Haradasa o da məhz bu cür düşünür.Darıxır.Qəmlənir.Yadına salır.
Başqalarının fərqində olmur.Başa düşür və gözləyir...
Gözləyir...aldığı nəfəs kimi.
Yaz küləyinin mehi kimi.Qanadların tərpənişi kimi.
Səmaya baxır və gülümsəyir...Xoşbəxtdir.Çünki sən varsan!
Pəncərənin
qarşısında oturmuşam.Səmaya baxıram.Elə bil o səndən mənə bir xəbər
gətirəcək.Külək pəncərəyə çırpılaraq nələrsə söyləyir.Bəlkə bu
sənsən...məni çağırırsan....
Mən səninçün darıxıram...
Yağış şüşədə sənin adını yazır,elə bil sakit səsi ilə mənə layla deyir.
Şüşəyə nəfəsimin izi düşüb yenə.Tərləmiş şüşəyə bu sözləri yazıram:
"Mən səninçün darıxıram"...
Sehrli çubuq kəşf edəcəyəm.Onu tərpətməklə həmişə yanlmda olacaqsan.Birlikdə olacağıq.
Daha heç vaxt aramızda məsafələr olmayacaq.
Məsafələr sənin obrazını məndən oğurlayan buludlar kimi dağılacaq...
Darıxmaq bəzən çox gözəldir.Səninçün darıxmaq çox gözəldir.
Siz də darıxdınızmı indi?))