Воскресенье, 2024-11-24, 00:54 Приветствую Вас Гость | RSS
11A
Menyu
Kateqoriyalar
MUSiQi [17]
ŞƏKİLLƏR [1]
VİDEO [0]
SEVGİ [2]
MOBİL DÜNYA [3]
PROQRAMLAR [5]
OYUNLAR [0]
YUMOR [3]
MƏŞHURLAR [2]
XƏBƏRLƏR [18]
Mini-çat
200
Sualımız
QARAÇUXURDA ƏN YAXŞI MƏKTƏB HANSIDIR?
Cəmi səsıər: 100
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » 2009 » Июнь » 17 » Sevgidən
19:43
Sevgidən
 
- Nə yazılıb?
- Ağacın üstünə?
- Hə.
- Qoy bir oxuyum... Çoxdan yazılıb, deyəsən... "Səni çox sevirəm, sevgili balam... İmza: M".
- Xoşum gəlmir də belə sözlərdən. Özü də yazıblar ağacın gövdəsinin üstünə.
- Nə olsun ki?
- Heç nə. İllər keçəcək, ağac daha da böyüyəcək və nə vaxtsa kiminsə oyduğu bu sözlər eybəcərləşib, oxunmaz hala düşəcək.
- Ehh... sən də... ağac böyüdükcə onların sevgisi də böyüyəcək də...
- ...Yox e. Məsələn, o gün kənddə asfaltın üstünə təbaşirlə yazıblar ki, səni sevirəm. Ay canım, axı, yağış yağacaq, su yuyub aparacaq. Yazma da onu..
- …Meşəbəyi, meşəbəyi, ağrın alım, meşəbəyi.... – şirin səslə yavaşcadan zümzümə etdi - sevgidir e bu, sevgi…
- Nə deyirəm ki... – meşəbəyi baxışlarını yana çəkib, meşənin dərinliyinə göz gəzdirdi.
- Görən bu sözləri yazanların sevgisinin sonu necə oldu?
- Yaxşı olar yəqin ki.
- Təki elə olsun... - ağaca yaxınlaşıb, diqqətlə baxdı - Bir bura bax e sən... mən sənə deyirəm, bunu bura azı on il əvvəl yazıblar. Özüm ölüm. Bir bu izlərə bax. Görünür, sonralar üstündən yenə bıçaqla oyublar. Baxsana.
- Baxdım, baxdım. Olar. – meşəbəyi laqeyd-laqeyd dilləndi və arxasınca gələn atın tilovunu çəkdi.
- Gör indi nə seviblər də bir-birilərini. Yəqin hər il gəlib yazının üstündən yenə bıçaqla oyurlar ki, sevgiləri daim yaşasın. Ay nə insanlar var e dünyada. Görən, meşəbəyi, bizim kənd adamlarındandı, ya Bakıdan yayda gələnlərdir?
- Nə bilim, allah saxlamış.
- Sən buralarda tez-tez olursan da, deyirəm, bəlkə bilərsən… Amma bıçağın izinə bir bax, ov bıçağına oxşayır... yox, deyəsən, kənd adamıdır kimdirsə.
- Nəysə e, gedək.
- Bir imkan ver də.. Sən, deyəsən, heç sevməmisən e... – tərs-tərs çönüb, hiyləgərcəsinə meşəbəyiyə baxdı.
Meşəbəyi duruxdu. Bir az səssiz dayanıb, azacıq həyəcan və coşğuyla birnəfəsə dedi:
- Sən elə bil. Bizim vaxtımızda sevgi elə belə şey deyildi. Heç yazılan bu sözlər də ona dəyməzdi. İndikilər sevgini anlamırlar. Sevgi çox ülvi, ilahi hissdir...
- Yaxşı, yaxşı, meşəbəyi, - sözünü kəsərək - mən uşaq olanda yadımadır kənddə bir məhəbbət hekayəsi gəzirdi.. Hamı səndən danışırdı. Sən də inciyib, meşədə itib-batmışdın. Sonra camaat narahat olub əl-ayağa düşəndə yenidən peyda oldun...
Meşəbəyi əvvəl astadan güldü, sonra bir müddət gülümsəyərək ətrafdakı nəhəng ağaclara tamaşa etdi.
Gözləri yaşaran kimi oldu:
- Bilirsən, bu ağaclar necə gözəldir? Bilirsən, onlar da canlıdır, bizim kimi danışa, söhbətləşə bilirlər?.. Sən hələ heç bilirsənmi ki, ağaclar da sevə bilir?..
- Yaxşı, yaxşı, söhbəti dəyişmə - gülümsədi və meşəbəyinin arxasına yüngülcə əllə vurdu - Danış, yol gedirik.
- ...Nə danışım? Bir dəfə olmuşdu də, qurtardı.
- Çox sevirdin onu?
- Hə, çox.
- Axırı necə oldu?
- Axırı həmişəki kimi ayrılıq.
- Səbəbi nəydi?
- Nə bilim, ata-anası istəmədi ki, qızı bir meşəbəyiyə getsin.
- Hə?... Bəs, qızı qaçıra bilməzdin?
- Qaçırıb neyləyəcəkdim? Mənim evim, yurdum bu ağaclıqdı, kolluqdur. Deyirsən, göz görə-görə bir gözəl qızı bədbəxtmi edəydim?
- Çoxmu gözəl idi? - sözünü kəsərək dedi və qaşaltı meşəbəyiyə baxdı.
- Çox sual verirsən a.. - gülümsədi - gözəl idi, hə...
- Adın deməyəcəksən bilim kimdi?
- Yox.
- Yaxşı da.
- Yox, dostum.
- İndi sən yəni o zamanlar meşəyə gəlib, ağacların üstünə onu sevdiyini yazmırdın?
- Yazırdım.
- İndi qalıb həmin yazılar?
- Qalıb.
- Harada?
- Burada.
- Birin göstər də mənə.
- Bayaq oxudun də...
İndiki dövrümüzdədə tez tez rastlaşdığımız bir hadisədir.Sevgilərini hara gəldi yazırlar.Sİzcə nə qədər düzgündür?
Просмотров: 761 | Добавил: ELMAN_LEE | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
Kalendar
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

11sinfinin dərs cədvəli


1-ci gün

Azərbaycan-tarixi

Hərbi

Fizika

Biologiya

idman

Coğrafiya

2-ci gün

Ən yeni tarix

English

Azərbaycan-dili

Ədəbiyyat

Kimya

Həyat bilgisi

3-cü gün

Biologiya

Fizika

Cəbr

Azərbaycan-dili

informatika

informatika

4-cü gün

Coğrafiya

Azərbaycan-dili

insan və cəmiyyət

English

Fizika

Kimya

5-ci gün

Biologiya

Coğrafiya

Fizika

Hərbi

Coğrafiya

Kimya

6-cı gün

Fizika

Cəbr

Ədəbiyyat

Həndəsə

Coğrafiya

Kimya