Koobface virusu haqqında hamınız eşitmisiniz. Bir aralara facebook və myspace kimi sosial şəbəkələrə daxil olan koobface virusu yenidən iş başındadır və hal-hazırda da facebook istifadəçilərini hədəf aldığı bildirilir.
Virus, facebook hesabına bulaşdığı adamın siyahısındakılara mesajlar göndərərək işləyir. Bu mesajlar isə Paris Hlton və ya digər məhşurlarla bağlı video məzmunlu magazin, şou-biznes xəbərləri şəklində olur. Mesajın daxilində olan bağlantı linkinə daxil oldugunuzda sizi yönləndirdiyi səhifədə "flash versiyanız dəstəklənmir, buraya basaraq uyğun olanı yükləyin" kimi bir yönlendirmə edərək viruslu faylı istifadəçilərin kompüterlərinə yüklmənməsini həyata keçirir. Kompüterə bulaşan koobface virusu kredit kartı kimi dəyərli bilgilərin pusqusunda duraraq orada olan informasiyanı lazım olan serverə ötürür. Buna görə də sizə gələn emaillərin məzmununa baxmaq və diqqətli olmaq lazımdılr. Antiviruslarınızı update-siz saxlamayın :) Qeyd edək ki, haqqında danışdığımız virus Net-Worm.Win32.Koobface.a. və Net-Worm.Win32.Koobface.b adı iki adla kompüterlərə bulaşır.