Воскресенье, 2024-05-12, 18:37 Приветствую Вас Гость | RSS
11A
Menyu
Kateqoriyalar
MUSiQi [17]
ŞƏKİLLƏR [1]
VİDEO [0]
SEVGİ [2]
MOBİL DÜNYA [3]
PROQRAMLAR [5]
OYUNLAR [0]
YUMOR [3]
MƏŞHURLAR [2]
XƏBƏRLƏR [18]
Mini-çat
200
Sualımız
QARAÇUXURDA ƏN YAXŞI MƏKTƏB HANSIDIR?
Cəmi səsıər: 100
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » 2010 » Март » 11 » Darıxıram
15:45
Darıxıram


Necə qəribə sözdür "da-rı-xı-ram"...
Mən səninçün darıxıram...mən sənsiz darıxıram.Sənsiz,deməli sən yanımda olmayanda-mənə tənhadır və soyuqdur.Səninçün-deməli,mənə sənin səsin,gülüşün,təbəssümün,əllərinin toxunuşu lazımdır.Sənin hərarətin,səmimiyyətin lazımdır.Ürəyinin döyüntüsünü hiss etmək və necə rahat,təhlükəsiz,xoşbəxt olduğunu duymaq.
Mən səninçün darıxıram...
Ola bilərmi ki,sən olmasan hər şey mənasını itirsin,heç nəyin əhəmiyyəti olmasın?Sən demə ola bilərmiş...
Alnımı pəncərəyə söykəyirəm,pıçıldayıram,darıxıram.Şüşədə nəfəsimin izi qalır,onunla birlikdə sözlərim-darıxıram...səninçün...



Mən səninçün darıxıram...
O qədər güclüdür ki bu hiss mənə elə gəlir zaman dayanıb.Onu oyatmaq üçün qışqırmaq istəyirəm.
O çox yavaş hərəkət edir,sürünür sanki.Mənə elə gəlir ki,səni gözləməklə bir ömür yola vermişəm.Fikirlərimin dalğaları qayalara dəyərək gah coşur,gah sakitləşərək pıçıltıya keçir.
Bu səslərin içindən təkcə sənin adını seçə bilirəm.Sənin adını belə mehribanlıqla və sakitliklə söyləyən dalğalarda itib batıram...Orda əriyib yox olmaq istəyirəm.Sənin baxışlarında yox olmaq istəyirəm...
Səndə yox olmaq istəyirəm...



Mən səninçün darıxıram... 
Əllərimi başımın arxasına qoyaraq ucsuz bucaqsız,sahilsiz göyləri seyr edirəm.Ah... bu səma!
O həmişə məni cəzb edib.Onun cazibəli sonsuzluğu qəlbimin dərinliyinə işləyir.
Bəs qürub?Yağışdan sonra bu rəngarənglik ürəyimdə qəribə hisslər yaradır.Buludlar bir-birinə qarışaraq,bir-birinə can ataraq qovuşur-mən sənin mənə doğma,mənə əziz simanı görürəm.
Sən kipriklərini qırpmadan gülümsəyirsən mənə.Hisslərim donur bu baxışlardan,bu təbəssümdən.Əllərimi uzadıram,sanki sənə çatacaqmış kimi...
Amma buludlar istehza edərək uzaqlaşır,xatirələrin anlaşılmaz kolgəsində məni tək qoyur...



Mən səninçün darıxıram...
O qədər darıxıram ki,səni bərk-bərk qucaqlamaq və saxlamaq istəyirəm.Belə anlarda insan əbədiyyətin nəfəsini hiss edir.
Onun gücü,qüdrəti sənin damarlarında axır.Səni saxlamaq istəyirəm,gücüm çatana qədər.
Əllərim saxlayana qədər.Sevgi ilə əhatə edərək..yad gözlərdən qoruyaraq...Təkcə mənim ürəyim səninlə birgə döyünəcək.Nəbzini hiss edərək...qəlbinin döyüntüsünü hiss edərək.
Sən bunları sözsüz başa düşürsən.Bir toxunuşla...Bir baxışla...bir təbəssümlə...



Mən səninçün darıxıram...
Əllərindən tutmaq...Ovuclarına bir parça sevgi qondurmaq.Əllərini əllərimdə hiss etmək.Gözlərinə baxmaq və bu gözlərin dərinliyində qalmaq.Səmimiyyət yağışında islanmaq.Heç nə soruşmadan,heç nə danışmadan.Sükutun əsrarəngiz gözəlliyinə qarəşaraq səninlə həyatı bölüşmək və bunun necə vacıb olduğunun fərqinə varmamaq.

Sevmək...sənin xoşbəxtliyində öz şəxsi xoşbəxtliyini görə bilmək.Sevgi bir ruhdan digərinə gedən yoldur axı.Sevginin qanadları olur,azadlığı olur...o hər şeyə qadirdir və hər şeyə sahibdir.Bu sevginin qüdrətini hiss etmək...Səninlə!



Mən səninçün darıxıram...

Sən fikrindəki hissləri sözlərə çevirib sevginə yollayırsan.Darıxırsan!

Sən günəşin şüalarına sığınsan da isinmirsən.Qəmlənirsən!

Sən səmadan sevdiyinin kolgəsini düzəldirsən,hər baxan baxışlarda onu axtarırsan.Xatırlayırsan!

Mahnıların sözləri,şeirlərin sətirləri yalnız ona aiddir.Başqalarının fərqində deyilsən!

Kipriklərinlə yağış damcılarını tutursan,səma ilə bölüşürsən.Başa düşürsən!




Mən səninçün darıxıram...

Haradasa o da məhz bu cür düşünür.Darıxır.Qəmlənir.Yadına salır.

Başqalarının fərqində olmur.Başa düşür və gözləyir...

Gözləyir...aldığı nəfəs kimi.

Yaz küləyinin mehi kimi.Qanadların tərpənişi kimi.

Səmaya baxır və gülümsəyir...Xoşbəxtdir.Çünki sən varsan!


Pəncərənin qarşısında oturmuşam.Səmaya baxıram.Elə bil o səndən mənə bir xəbər gətirəcək.Külək pəncərəyə çırpılaraq nələrsə söyləyir.Bəlkə bu sənsən...məni çağırırsan....



Mən səninçün darıxıram...
Yağış şüşədə sənin adını yazır,elə bil sakit səsi ilə mənə layla deyir.
Şüşəyə nəfəsimin izi düşüb yenə.Tərləmiş şüşəyə bu sözləri yazıram:
"Mən səninçün darıxıram"...



Sehrli çubuq kəşf edəcəyəm.Onu tərpətməklə həmişə yanlmda olacaqsan.Birlikdə olacağıq.
Daha heç vaxt aramızda məsafələr olmayacaq.
Məsafələr sənin obrazını məndən oğurlayan buludlar kimi dağılacaq...
Darıxmaq bəzən çox gözəldir.Səninçün darıxmaq çox gözəldir.
Siz də darıxdınızmı indi?))
Категория: SEVGİ | Просмотров: 1960 | Добавил: ELMAN_LEE | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
Kalendar
«  Март 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

11sinfinin dərs cədvəli


1-ci gün

Azərbaycan-tarixi

Hərbi

Fizika

Biologiya

idman

Coğrafiya

2-ci gün

Ən yeni tarix

English

Azərbaycan-dili

Ədəbiyyat

Kimya

Həyat bilgisi

3-cü gün

Biologiya

Fizika

Cəbr

Azərbaycan-dili

informatika

informatika

4-cü gün

Coğrafiya

Azərbaycan-dili

insan və cəmiyyət

English

Fizika

Kimya

5-ci gün

Biologiya

Coğrafiya

Fizika

Hərbi

Coğrafiya

Kimya

6-cı gün

Fizika

Cəbr

Ədəbiyyat

Həndəsə

Coğrafiya

Kimya