Суббота, 2024-05-18, 15:23 Приветствую Вас Гость | RSS
11A
Menyu
Kateqoriyalar
MUSiQi [17]
ŞƏKİLLƏR [1]
VİDEO [0]
SEVGİ [2]
MOBİL DÜNYA [3]
PROQRAMLAR [5]
OYUNLAR [0]
YUMOR [3]
MƏŞHURLAR [2]
XƏBƏRLƏR [18]
Mini-çat
200
Sualımız
SAYTIMIZ NECƏDİ?
Cəmi səsıər: 66
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » 2009 » Июнь » 17 » 15 İyun - Milli Qurtuluş Günü
19:28
15 İyun - Milli Qurtuluş Günü
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı.
Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.
 
Saytımızın istifadəçiləri ilə bahəm xalqımızı 104.clan.su adminstrasiyası tərəfindən ürəkdən təbrik edirik...
Категория: XƏBƏRLƏR | Просмотров: 952 | Добавил: ELMAN_LEE | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
Kalendar
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

11sinfinin dərs cədvəli


1-ci gün

Azərbaycan-tarixi

Hərbi

Fizika

Biologiya

idman

Coğrafiya

2-ci gün

Ən yeni tarix

English

Azərbaycan-dili

Ədəbiyyat

Kimya

Həyat bilgisi

3-cü gün

Biologiya

Fizika

Cəbr

Azərbaycan-dili

informatika

informatika

4-cü gün

Coğrafiya

Azərbaycan-dili

insan və cəmiyyət

English

Fizika

Kimya

5-ci gün

Biologiya

Coğrafiya

Fizika

Hərbi

Coğrafiya

Kimya

6-cı gün

Fizika

Cəbr

Ədəbiyyat

Həndəsə

Coğrafiya

Kimya