Суббота, 2024-05-18, 08:14 Приветствую Вас Гость | RSS
11A
Menyu
Kateqoriyalar
MUSiQi [17]
ŞƏKİLLƏR [1]
VİDEO [0]
SEVGİ [2]
MOBİL DÜNYA [3]
PROQRAMLAR [5]
OYUNLAR [0]
YUMOR [3]
MƏŞHURLAR [2]
XƏBƏRLƏR [18]
Mini-çat
200
Sualımız
SAYTIMIZ NECƏDİ?
Cəmi səsıər: 66
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » 2009 » Март » 7 » 2009-cu il hansı bürcə nə vəd edir?
13:29
2009-cu il hansı bürcə nə vəd edir?
 
 
Astroloq Firudin Qurbansoy yeni il barədə astroloji proqnozlarını ANS-Presslə bölüşüb. Astroloqun sözlərinə görə, 2009-cu ilin mart ayına qədər siçan ilinin problemləri ilə yaşayacağıq: «Süni surətdə yaranan beynəlxalq iqtisadi böhran çəkəcək. Yəqin ki, o vaxtdan sonra artıq vəziyyət qaydaya düşəcək». O qeyd edib ki, daha sonra başqa problemlər silsiləsi meydana gələcək və noyabrda da həmin problemlər bitəcək. O deyir ki, öküz ili xüsusilə qarşıdurmalarla yadda qalan bir il kimi adətən tarixə düşür: «Məsələn, 1937-ci il öküz ili idi. İran bizans müharibəsinin başlandığı 571-ci il öküz ilinə düşüb. 1123-cü ildə gürcü şahı dördüncü David Şirvana girib və sair. Düşünürəm ki, bu il Qafqazda və İranda sakitlik olmayacaq. Sakitliyin olması üçün adamların birliyi vacibdir».

F.Qurbansoyun sözlərinə görə, bu il dünyada müxtəlif müharibə planları ola bilər. Hərbi əməliyyatların bir yerdə başlayıb bitməsi istisna deyil. 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da hansısa irəliləyişlər gözlənilir: «Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı irəliləyiş ola bilər. Qarabağ məsələsinin qarşısını almaq olar. Qarabağda əməliyyatlar da istisna deyil. Əsasən yay aylarında».

Astroloq bildirib ki, bu il ölkədə siyasi fəallıq da hiss olunacaq. Həmçinin, hakimiyyət daxilində kadr dəyişiklikləri olacaq: «Qismən olacaq. Cavanlara meydan veriləcək. Qocalar yeniləri ilə əvəz olunacaq. Güclü adamlara meydan açılacaq. Hakimiyyət möhkəmlənəcək». F.Qurbansoy qeyd edib ki, öküz ilində topraq və su ünsürlü bürclər üçün ancaq yaxşı sözlər demək olar. Onların bütün işləri yaxşı gətiricək. Problemləri az olacaq, nə səhhət, nə karyera sarıdan onlar böyük əziyyət çəkməyəcəklər. Torpaq ünsürlü bürclər oğlaq, buğa, qız, su ünsürlü xərçəng, balıq və əqrəb bürcüdür.

Astroloq ayrı-ayrı bürcləri öküz ilində nələrin gözlədiyi barədə də proqnoz verib.

Qoç bürcündə dünyaya gələnlər həm səhhət, həm karyera sarıdan müəyyən maneələrlə üzləşəcəklər. Əsəbiləşməmək, vaxtı-vaxtında qidalanmaq, özünü soyuqcan gözləmək məsləhətdir. İrəlidə problemlərinin olmaması üçün bu məsləhətlərə qulas asmalıdırlar. Qoç bürcünün problemləri çox olacaq. O gərək öz hissləri ilə hadisələrə baxmasın. Daha çox hesablamaları ilə problemlərini həll etməyə yönəlsin. Çünki onun hesablama qabiliyyəti çox yüksəkdir və doğru nəticəyə gələ bilər. Səhhətindəki olan dəyişikliklər, xüsusən baş ağrıları onu narahat etməsin. Ciddi ağrıkəsicilərdən istifadə etməsin, çünki başqa orqanlarına mənfi təsir göstərə bilər, xüsusən qara ciyərə və böyrəklərə.

Buğa bürcündə doğulanlar bu il özlərini gümrah hiss edəcəklər. Onlar üçün bu ildə mənəvi imkanlarını göstərmək, istedadlarını göstərmək asan olacaq. Bir sözlə, onlar üçün öküz ilində meydan açılacaq. Səhhət sarıdan da ciddi problemləri olmayacaq. 2009-cu ildə özlərini güclü hiss edəcək və bu daxili güc onlara qarşılarına qoyduğu məqsədə çatmaqda yardımçı olacaq.

Ulduzlar Əkizlərə özlərini bir az qətiyyətli aparmağı və hər hansı bir məsələni həddindən çox götür-qoy etməməyi tövsiyə edir. onlar üçün öküz ili böyük uğurlar vəd etməsə də, enerjilərini düşüncəli şəkildə sərf etməklə, maneələri aşmaq olar.

Əkizlər bürcündə doğulanlar müəyyən qədər çox problemlə üzləşəcəklər. Onlar üçün bir problemi tamam həll edib qurtarmamış ikinci problem meydana gəlməsi istisna deyil. Amma problemləri çözmək onlar üçün ciddi iş deyil və asan başa gələcək.

Xərçənglər bu il özlərini rahat və gümrah hiss edəcəklər. Sadəcə, vaxtlarını bihudə keçirməsinlər və imkan daxilində güclərini məqsədyönlü işlərə sərf etsinlər. Boş romantik əhval ruhiyyə bayram ovqatı gətirər və bu da ağıllı adamların işi deyil. Bu il onların pulu çox olacaq. Onlar bilməlidirlər ki, bu il onlar üçün perspektivli il hesab olunur. Nəzərdə tutulan məqsəd o qədər uzaqda deyil. Sadəcə, onları uzaqlaşdıran keçmişə bağlılıq, mənasız etirazlar, yenilikdən qorxmalar əsas problemlər kimi qarşılarına çıxa bilər

Şir bürcündə doğulanlar isə öküz ilində səhhət sarıdan əziyyət çəkəcəklər. Amma bunun qarşısını almaq üçün onlar az əsəbiləşməli, mübahisəli anlardan qaçmalıdırlar. Adi bir mübahisə kritik vəziyyət yarada bilər. Onlar xüsusən kürək və ürək nahiyələrindən diqqətli olmalıdırlar. Karyera sarıdan böyük yüksəliş gözlənilmir. Sadəcə, çalışsınlar ki, əldə etdiklərini qoruyub saxlaya bilsinlər. Şir bürcü təkəbbürdən, mənəmlikdən, şöhrətpərəstlik duyğularından azad olsalar, bu il uğur onlarındır. Nə qədər çətin olsa da, iki -üç dəfə həmlə etmək fikrindən dönməsinlər. Məqsədə doğru gedən yolda həmlələrini davam etsinlər və bilsinlər ki ən gec yorulan udur.

Qız bürcündə dünyaya gələnlər bu il böyük imkanlara malik olacaqlar. Onların qabiliyyətlərini göstərmək üçün böyük şanslar meydana gələcək. Ola bilər ki, böyük uğurlar qazansınlar, vəzifəcə çox-çox irəli getsinlər. Onlar üçün uğurlar hər tərəfdə çoxdur. Təkcə bir şeyi unutmasınlar ki, küsmək, incimək onların əleyhinə işləyir. Ünsiyyətləri çoxaltlmaq isə xeyirlərinədir. Qızlar çətinliklərlə mübarizədən usanmamalıdır. İstəklərə nail olmaq üçün qarşıdakı hədəfləri dəf etmək lazımdır.

Tərəzi bürcündə dünyaya gələnlər də istəsələr rahatlıq içində yaşaya bilərlər. Ancaq bunu istəyəcəklərmi? Onlar hər şeylə barışacaqlarmı? Çünki elə şeylər var ki, bu il tərəzilər sadəcə olaraq onu qəbul etmək istəməyəcəklər. Nəticədə istər-istəməz qarşı güclü tərəflə münaqişədə olacaqlar. Münaqişə yaradan problemlər də az deyil. Qalib olmaq çox çtəindir. Hər halda, özünə güvənən, gücünün çoxluğuna inanan adamlar uğur qazanacaq. Bu da ilin çox vaxtını aparacaq. Əldə olunan keyfiyyətlər isə az olacaq. Onlar yıxılıb əzilməkdən özlərini qorumalıdırlar. Onların uğurları iki il bundan əvvəllə müqayisədə nisbətən az olacaq. Ancaq bunda onların öz xasiyyətləri, tez ruhdan düşmələri də müəyyən qədər rol oynayır. Tərəzilər nə qədər qanunpərəst olsalar belə, başa düşməlidirlər ki, məqsədə çatmaq üçün bəzən qaydaları pozmaq da olar. bir də ünvana birbaşa çatmaq hər zaman mümkün deyil, lazım gəlsə, yolun əyriliklərindən də keçməlisən.

Əqrəb bürcündən olanlara bu il uğur gətirən ildir. Yaxşı olar ki, onlar bu il zəriflik, həssaslıq tələb oulnan işlərlə məşğul olsunlar. Onların səhhətləri sarıdan qorxu yoxdur. Yaxşı olar ki, acı təamlardan imtina etsinlər. Əqrəb bürcü güclüdür, sadəcə hormonal dəyişiklik yaradan dərmanlardan imtina etmələri məsləhətdir.

Oxatanlara bu il özlərinə qarşı qəddar olmamaq məsləhət görülür. Özlərinə bəzi şeyləri icazə versinlər. Çünki daxili potensiallarını göstərmək üçün öküz ilində onlara meydan açılmalıdır və bu meydanda onlar sübut etməlidirlər ki, kim kimdir. Onları düzgün qiymətləndirmirlər, layiq olduğu qiyməti almaq onlar üçün çox çətindir. Bu adamların yumor zövqü yeni ildə onları çətin anlarda qoruyan vasitə olacaq. Məsləhət etməkdən qətiyyən çəkinməsinlər. Xüsusən dolça bürclülərlə dost olsalar, onların ziyanları azalar. Oxatan bürcü öz ağılları, şüurları ilə uğur qazana biləcək. Oxatanlar sümük, bel ağrıları, ürək ağrıları ilə qarşılaşa bilər. Bu, keçicidir. Həm özlərinə, həm ətrafdakılara münasibətdə səmimi olmaq lazımdır. Daha çox yaxşı şeyləri yadda saxlamaq lazımdır

Oğlaq bürcündə doğulanlar özlərini güclü hiss edəcəklər. Bu il bəlkə onlara ömürlərində görmədikləri xoş məqamları gətirəcək. Oğlaqlar üçün bu il səhhət və karyera sarıdan qorxu, çətinlik yoxdur. Məsləhətdir ki, onlar uğurla işlərini davam etdirsinlər. Oğlaqlar üçün öküz ili perspektivli il sayılır və mümkün qədər bundan istifadə etmək lazımdır. İqtisadi cəhətdən heç bir problemləri olmasa da, oğlaqlara bir qədər qənaətcil olmaq və borca düşməmək üçün bədxərclik etməmək məsləhət görülür.

Dolçalar öküz ilində nə qədər çətin problemlərlə üzləşsələr də, yenə də ruhdan düşməsinlər. Bilsinlər ki, il onlara sürprizlər hazırlayır. Dolçaların qarşısına çoxsaylı problemlər çıxsa belə, onu həll etməyə ağılları və gücləri kifayət edəcək. Əsas odur ki, bu maneələri həllolunmaz problem kimi görməsinlər. Səhhəti zəif dolçalar isə bir qədər diqqətli olmalı, hər şeyə görə əsəbiləşməməli və qidalarına nəzər yetirməlidir. Eyni zamanda, özlərinin buraxdığı əhəmiyyət vermədiyi üçüncü, beşinci dərəcəli xırda problemlər böyüyüb maneəyə çevrilir. Hər işi vaxtında görmək lazımdır. Rəqibə imkan yaratmaq lazım deyil ki, onlar güclənib sənin qarşında çəpər ola bilsinlər.

Balıqlar üçün də bu il səhhət sarıdan uğurlu ildir. Eyni zamanda, ailənin, məişətin, mühitin yeniləşməsi bərpası və düzəldilməsi üçün yaxşı şəraitdir. Bilsinlər ki, onları çox istəyirlər. Onlar da sevməyi bacarırlar. Sadəcə olaraq düz, dəqiq danışmağı bacarmırlar. Hisslərini düzgün ifadə edə bilmirlər, kobud ifadə edirlər. Ona görə də onları lazım olduğu qədər düzgün qiymətləndirmirlər. Bu insanları sevmək lazımdır. Bu bürcün nümayəndələri xoş rəftarları ilə ünsiyyətlərini genişləndirəcək. Maddi durumlarına görə də balıqlar öküz ilinin sevincini yaşayacaq.
 
Категория: XƏBƏRLƏR | Просмотров: 1299 | Добавил: ELMAN_LEE | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
Kalendar
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

11sinfinin dərs cədvəli


1-ci gün

Azərbaycan-tarixi

Hərbi

Fizika

Biologiya

idman

Coğrafiya

2-ci gün

Ən yeni tarix

English

Azərbaycan-dili

Ədəbiyyat

Kimya

Həyat bilgisi

3-cü gün

Biologiya

Fizika

Cəbr

Azərbaycan-dili

informatika

informatika

4-cü gün

Coğrafiya

Azərbaycan-dili

insan və cəmiyyət

English

Fizika

Kimya

5-ci gün

Biologiya

Coğrafiya

Fizika

Hərbi

Coğrafiya

Kimya

6-cı gün

Fizika

Cəbr

Ədəbiyyat

Həndəsə

Coğrafiya

Kimya